Rəis və rəis müavininə ali rütbə verildi - Sərəncam

img

21-11-2019 [19:21]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA