Nazirlər Kabinetində siyasi partiyalarla bağlı sənəd təsdiqləndi

img

07-09-2013 [11:49]


Nazirlər Kabineti "Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"nı təsdiq edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalarda maliyyə hesabatlarının əsaslandığı ehtimallar (prinsiplər), maliyyə hesabatlarının elementləri, maliyyə hesabatlarının elementlərinin, aktivlərin, öhdəliyin, gəlir və xərclərin tanınması məsələləri yer alıb.

Sənəddə həmçinin təşkilatlarda maliyyə hesabatlarına uyğun olaraq mühasibat uçotunun Hesablar Planının konseptual əsasları, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə maliyyə informasiyasının qruplaşdırılması, hazırlanması, "Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”in hazırlanması məsələləri əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA