Lalə Şövkət Milli Şuradan getdi -Səbəb

img

06-09-2013 [20:57]


ALP lideri Lalə Şövkət xanım bundan sonra Milli Şuranın işində iştirak etməyəcək.

Bu sözləri ALP sədri Əvəz Temirxan Avropa.info-ya açıqlamasında deyib.

Ə.Temirxan bildirib ki, son dövrlər Milli Şura daxilində qeyri-sağlam mühit, Müsavat başqanı müşvirinin ALP haqqında verdiyi açıqlamalar onları bu qərarı verməyə vadar edib. Ə.Temirxanın sözlərinə görə, ALP bu qərarı prezident seçkilərindən sonra vermək niyyətndə idi: "Lakin Müsavat Partiyasının mövqeyi bu qərarın verilməsini sürətləndirdi".

Ə.Temirxan deyib ki, ALP Milli Şuranın tərkibindən çıxmayacaq. "Biz bu seçkilərdə Milli Şuranın namizədinin müdafiəsi üçün aktiv iştirak edəcəyik. Milli Şurada Lalə xanım yeni nümayəndə ilə əvəz olunacaq",-deyə o qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA