Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi Türkiyədə işgüzar görüşlər keçirib - FOTOLAR

img

06-09-2013 [17:28]



Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin rəhbərliyi Buca bələdiyyəsinin başçısı Ərcan Tatla görüşüblər. Cəvahir Damar, Nurgül İğdırlı, Rəsmiyyə Abdullayeva və Nigar Böreyi qəbul edən bələdiyyə başqanı Azərbaycan və Türkiyənin qardaş olduğunu və hər zaman bu münasibətlərin aydın şəkildə göründüyünü önə çəkərək belə bir dərnəyin yaranmasından məmnun olduğunu bildirib. O, öz növbəsində üzərilərinə düşən bütün köməkliyi dərnək üçün edə biləcəyini söyləyib və birlikdə bəzi layihələr həyata keçirməyi təklif edib. Dərnək üzvləri də öz növbələrində Ərcan Tata təşəkkür edərək keçən həftə Konak Bələdiyyə başçısı Hakan Tartanla da görüşdüklərini və onun yeni yaranan AKKMD-yə yardım etdiklərini dilə gətirərək bələdiyyələrin dərnəyə olan bu cür maraqlarına, dəstəklərinə görə öz təşəkkürlərini bildiriblər.

Elə həmin gün dərnək üzvləri İzmirin tanınan iş adamlarından olan Cihat Deyirmenciylə də görüşüblər. Cihat bəy də tanınma mərhələsində olan dərnəyə hər cür köməklik göstərəcəyini söyləyərək Azərbaycanın onlar üçün çox önəmli olduğunu, Azərbaycan qadınlarını heç bir zaman türkiyəli xanımlardan ayırmadıqlarını dilə gətirərək söyləyib: "Azərbaycanla Türkiyə bizim üçün eyni məna kəsb edir, ikisi də bizim vətənimizdir”.
Xatırladaq ki, keçən həftə İzmirin ən böyük rayonlarında olan Konak bələdiyyə başçısı da AKKMD rəhbərliyini qəbul etmiş və yeni yaranan dərnəyə istər maddi, istərsə də mənəvi dəstək verəcəyini açıqlayaraq dərnəyin bütün mebel dəstini bələdiyyə hesabına ödəmişdir. Bundan başqa, bələdiyyə başçısı dərnəklə xeyli sayda layihələr keçirmək üçün təkliflər də vermişdir. Hazırda bu layihələr ətrafında müəyyən işlər görülməkdədir.

Nigar Börek,"Xəbərlə" xəbər portalı, Türkiyə


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA