Şəhid adından istifadə etməklə pul yığan şəxs axtarılır - Paytaxt polisindən açıqlama

img

21-11-2019 [10:27]


Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

Bakı Şəhər Baş Baş Polis Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA