Sabirabadlı körpü tikintisində boğuldu, 5 aya yaxındır meyit tapılmır - Fəryad

img

06-09-2013 [15:56]


Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində salınan körpüdə fəhlə işləyən  Sabirabad rayonunun Qaragüney kənd sakini, 22 yaşlı Elxan Ələsgərov bir müddət öncə çaya düşərək boğulsa da, onun cəsədi bu günə qədər tapılmayıb. 

Mia.az Xalqxeber.Az-a istinadən xəbər verir ki, hadisə 20 aprel 2013-ci il səhər 08:30 radələrində Kür çayının Şirvan şəhərindən keçən hissəsində baş verib.

Hadisədən 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, aidiyyatı təşkilatlar cəsədin Kür çayından çıxarılmasına nail ola bilməyiblər. Elxan Ələsgərovun doğmaları xilasetmə işlərinin lazımi səviyyədə aparılmamasından, axtarışa dalğıcların cəlb olunmamasndan narazıdırlar. Onun atası Vaqif Əsgərov üzləşdiyi faciə ilə fəryad çəkərək, aidiyyatı qurumların rəhbərlərindən oğlunun meyitini tezliklə tapmağı tələb edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA