06-09-2013 [15:32]
Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olumuşdur. Rayonda 5 ali, 18 orta və 20 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsumu ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olmuşdur.
6 saylı tam orta məktəbdə keçirilən Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır. Asif Əsgərov bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Qeyd olunmuşdur ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Səbail rayonuna 8 orta, 1 Peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının tikintisi nəzərdə tutulmuşdur. 2011-və 2012-ci illər ərzində sərəncamda Səbail təhsili ilə bağlı bütün bəndlər icra olunmuş, əlavə olaraq Ölkə başçısının 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq Badamdar qəsəbəsində 880 şagird yerlik 329 saylı orta məktəb və 120 yerlik uşaq bağçası tikilmiş, keçən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Həmiçinin 49 saylı «İntellekt» lisey üçün 660 hagird yerlik əlavə tədris korpusu tikilmişdir.
Cari ilin yay aylarında «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına əsasən 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi və 1900 şagirdin təhsil aldığı 163 saylı orta məktəbin binaları, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunmuşdur. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşlar. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılmışdır.
20-ci yaşayış sahəsində yerləşən «Turac» uşaq bağçasında möhkəmləndirmə işləri aparılmış, hazırda əsaslı təmir davam etdirilir.
Cari ilin yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və hazırda son tamamlama işləri gedir. Bağça hər cür lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub, buraya yeni kommunikasiya və istilik xətləri çəkilib, həmçinin bağçanın yanında, Tofiq Məmmədov küçəsi 2 ünvanda yerləşən yaşayış binası və həyət də əsaslı təmir olunub.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Vurğulanmışdır ki, 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 121 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «2012/2013-cü tədris ilində keçirilmiş «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında» sərəncamına görə Bakı şəhəri, Səbail rayonu 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikici dəfədir ki, qaliblər sırasında olmuşlar. Artıq 6-cü ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-i qaliblər sırasında olmuşdur.
Bu il keçirilən «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olmuş, müsabiqənin keçirildiyi 6 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 52 nəfər «Ən yaxşı müəllim» adına layiq görülmüşdür.
2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülmüşdür. Keçən il 11 nəfər qızıl, 2011-ci ildə isə 6 nəfər qızıl və 1 məzun isə gümüş medal qazanmışdır.
Tədbirdə çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, 686 bal toplayaraq tələbə adını qazanmış Günel Vəlişova və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi