Azərbaycandakı avarlar özlərinə yeni lider seçir

img

06-09-2013 [15:26]


Yaxın günlərdə yeni yaradılmış Azərbaycan-Avar İctimai Birliyinin təsis konfransı keçiriləcək. Bu barədə MİA-ya yeni yaradılmış Birliyin təsisçilərindən biri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-publisist Tahirə Sultan məlumat verib.

T.Sultan deyib ki, qurumun yaradılmasında başlıca məqsəd Azərbaycan xalqı ilə bu ölkədə tarixən məskunlaşan azsaylı xalqlar arasında dostluğu, qardaşlığı və əməkdaşlığı daha da möhkəmləndirməkdir: "Birlik ölkədə yaşayan digər xalqların, milli-etniklərin adət-ənənələrinə, dilinə, dininə hörmətlə yanaşmaqla, həm də Azərbaycan Respublikası Konstitusiyasına, qanunlara, hüquqi normativ aktlara zidd hərəkətlərə yol verənləra va separatizmə qarşı mübarizə aparacaq”.

T.Sultan bildirib ki, yeni yaradılan bu quruma milliyətcə avar olan Azərbaycan vətəndaşı, respublikanın tanınmış ziyalılarından sayılan Məhəmməd Nooyevin rəhbərlik edəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA