06-09-2013 [14:06]
Yazıçı Şəmil Sadiqin "OdƏrlər” tarixi-fəlsəfi romanı çap olunub. Romanda ciddi müzakirələrə yol açacaq mövzulara toxunulur. Xalq Yazıçısı İsa Hüseynovun (Muğanna) "Ön söz” yazdığı kitabda islam ciddi şəkildə tənqid olunur, türk millətinin tək tanrıya olan inamı önə çəkilir.
Əsərdəki Dədə Əfəndi obrazı islamın tənqidçisi kimi çıxış edir. Eyni zamanda İslam səmavi din kimi deyil, uydurulmuş din kimi təqdim olunur. Eyni zamanda əsərdə islamdakı məzhəbçilik kəskin tənqid olunur.
"Dədə Əfəndinin söhbəti :
- Oğul, sən elə zənn etmə ki, türklər İslamı qəbul ediblər. Onlar islamı qəbul etməyiblər, sadəcə tanıyıblar. Tanımaqla, qəbul etmək arasında çox böyük fərq vardır. Türklərin bəşəriyyətin uydurulmuş dinlərinə qədər, dini də vardı, peyğəmbər sayılacaq insanı da, hətta müqəddəs kitabı da. Hətta onu da bilməlisən ki, dünyada yaşayan ilk və ən qədim xalq bizik ki, əzəldən göydəki Tanrıya inanaraq, ona tapınmışıq. İslam türklərə yeni adlı din kimi gəlsə də, bu yeni dinin dərinliklərinə enərkən gördülər ki, inanıb etiqad etdikləri dinlə bu din arasında o qədər də fərq yoxdur. Onların inancının kəsişdiyi ortaqlaşdıran ən önəmli nöqtə Tanrının tək olması və bizlərdən yuxarıda qərar tutması idi. Yeni yaradılmış islam dinində icra olunan bir çox dini ayinlərdən – Qurban kəsmə, nəzir vermə, sədəqə paylama kimi adətlər qədim türklərin yaranışından mövcud olmuşdur”.
Yazıçı Şəmil Sadiq " İsa Hüseynovun fəlsəfi fikirlərindən ciddi şəkildə təsirlənərək həm din, həm də tanrı anlayışına fərqli münasibət sərgiləyib.
"Baxma ki, bu gün bir çox təriqət sahibləri yaradana Tanrı deyəndə qıcıqlanır, onu Allah, Rəbb və s. kimi təqdim edilməsini tələb edir, şüurlarınıza təsir edirlər. Bu dünyanı yaradanın adını yaradılan özü verib. Siz yaradılanlar ona Tanrı və ya Yaradan deyəndə heç bir yanlışlığa yol vermirsiniz. Bəziləri deyir ki, Allaha Yaradan yox, Tanrı yox, məhz Allah deyilməlidir. Yox, bala, heç bir fərqi yoxdur. Ona necə səslənməyimizin nə fərqi var? Elə hisslər var ki, onu duyur və yaşayırsan, amma ad verməkdə çətinlik çəkirsən. Bax Tanrı hissi də belədir. Bu Allah ərəbin deyil ki, ona onların dediyi kimi müraciət edəsən. Onlar səni qandırmaq istəyirlər ki, tanrı bütə, ilaha deyirlər. Başlarından böyük qələt edirlər. Türkün bütü olmayıb, o göydəki yaradana denqri, tenqri, tanrı deyib, sən də elə deməlisən. Elə həmin ərəblər idi ki, bütün bütlərə ilahlar, allahlar deyirdilər. Görürsən, nə saçma fikirdir? Görürsən ki, məqsəd səni səndən almaqdır? Yəni insanları, bəşəri bir-birindən ayırmaq. Bir olan Tanrının adından belə istifadə edib insanları bir-birinə salmaq, aralarındakı nifaqı böyütməkdir”.
"Ərəb dili Tanrının dili ola bilməz, oğul, heç vaxt ola bilməz. Heç indi də deyil. Sadəcə kütlə bunu belə qəbul edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi