Özəl universitetlərdə oxumaq istəyənlərin sayı azalıb

img

06-09-2013 [13:39]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ali məktəblər üzrə vakant yerlər qalan ixtisasları açıqlayıb.

APA-nın xəbərinə görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, 1000-ə vakant yer var və boş yerlər yer əsasən özəl ali məktəblərdə və regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslardadır.


O, açıqlamasında, bu il regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarda müsabiqə şərtini ödəyən namizədlərin olmadığını qeyd edib. Artıq vakant yerlər elan olunub və müsabiqədən keçməyənlər üçün əlavə imkanlar yaradılıb. Bununla da ali təhsil müəssisələrinə 2013-2014-cü tədris ili üzrə qəbul başa çatıb.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub. Ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib. Bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olmuşdu və ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA