Rövnəq Abdullayevin cangüdəni həbs edilib

img

06-09-2013 [12:43]


Abşeron rayon Qaz İstismar İdarəsinin rəisi Zamir Mütəllibov barədə "Bizim Yol" qəzeti ilginc informasiya yayıb. Qəzetin yaydığı məlumatda bildirilir ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin şəxsi cangüdəni olmuş bu şəxs bir neçə il əvvəl həbs həyatı yaşayıb. Onun həbsinə isə Biləcəri qəsəbəsində dindarlarla polis arasında yaranmış insident səbəb olub.

Belə ki, Biləcəridə "Hacı Zamir” adı ilə tanınan hazırki rəisin də daxil olduğu dindar qrupla polis əməkdaşları ilə arasında insident yaranıb. Nəticədə qrup şəklində bir neçə nəfər, o cümlədən Hacı Zamir həbs edilib. Təxminən 2 il sonra həbsdən azad edildikdən sonra isə Rövnəq Abdullayev sabiq cangüdənini Abşeron rayon Qaz İstismar İdarəsinə rəis təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA