Şeyxin nəvəsi Türkiyə vətəndaşı ilə ailə qurur

img

17-11-2019 [13:21]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ailəsində xoş gün yaşanır.

Mia.az axşam.az-a istinadən xəbər verir ki, şeyxin böyük qızı Əmanət Paşazadənin oğlu Xanlar ailə həyatı qurur. Şeyxin nəvəsi Türkiyə vətəndaşı olan xanımla evlənir.

Bir neçə gün öncə isə cütlüyün xınayaxdı mərasimi baş tutub.

Qeyd edək ki, bu gün toyu olacaq Xanların atası, yəni şeyxin kürəkəni Adış Məmmədov isə diplomatik fəaliyyətlə məşğuldur. O, 2018-ci ilin sonlarınadək Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA