Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

16-11-2019 [13:02]


Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA