DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi

img

14-11-2019 [19:15]


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Mia.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA