İlham Əliyev öz əmlakı və gəliri barədə MSK-ya arayış təqdim edib

img

05-09-2013 [15:26]


"Prezidentliyə namizədlikləri təsdiqlənmiş İlham Əliyev və İqbal Ağazadə öz daşınmaz əmlakları və son bir ildə əldə etdikləri gəlirlər barədə MSK-ya arayış təqdim ediblər”. 

 Bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib. "Seçki Məcəlləsinin tələblərinə görə, müvafiq sənədlərlə birlikdə əmlak və gəlirlər barədə məlumatlar Komissiyaya təqdim olunmalıdır. Bu məlumatların ictimaiyyətə açıqlanması namizədlərin öz işidir. Mərkəzi Seçki Komissiyası bu informasiyaları cəmiyyətə yaymaq üçün almır. Əmlak haqqında arayış, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, toplanan imzalarla birlikdə MSK-ya daxil olur”.

Mikayıl Rəhimov imzatoplama kampaniyasını yekunlaşdıran Zahid Orucun da imza vərəqələri ilə birgə əmlak və gəlirləri haqqında arayışı da MSK-ya təqdim etdiyini bildirib. /Modern.az/



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA