Abbas Abbasov: “Biz öz mövqeyimizi ciddi şəkildə müdafiə etmək niyyətindəyik"

img

05-09-2013 [15:21]


Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının, habelə "Azerros” Milli-Mədəni Muxtariyyətinin rəhbəri Abbas Abbasov Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasında iştirak etmək Argentinanın paytaxtı Buenos-Ayresə yola düşüb.

"Qafqazinfo” Azerros-un saytına istinadən xəbər verir ki, sentyabrın 8-də keçiriləcək toplantıda 2020-ci ildə planlaşdırılan Olimpiya Oyunlarının proqramına daxil olmağa namizəd olan idman növlərinin final təqdimatı olacaq. Bununla da Komitə üzvlərinin gizli səsverməsiilə həmin oyun növlərindən biri seçiləcək.

Abbas Abbasov bildirib ki, biz hamımız ora bir məqsədlə gedirik, güləşin Olimpiadada "daimi üzvlük” qazanmasına nail olmaq üçün: "Biz öz mövqeyimizi ciddi şəkildə ortaya qoymaq niyyətindəyik”.

O həmçinin qeyd edib ki, şəxsən prezident Putin özü də güləş idman növünün yenidən Olimpiadaya qaytarılması üçün göstərilən təşəbbüsləri dəstəkləyir:

"Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev də ölkədə idmanın inkişafı üçün çox şeylər edir. Yeni olimpiya mərkəzləri tikir, özü Olimpiya Komitəsinin prezidentidir və bütün idman növlərini, xüsusilə də güləşi dəstəkləyir.

Azerros Rusiya Xalqları Assambleyası ilə birgə 2014-cü ildə keçiriləcək Soçi Olimpiadası öncəsi bütün idman növləri üzrə Rusiyanın olimpiya çempionları ilə görüşə hazırlaşır. Biz istəyirik ki, Rusiya güləşçiləri hər zaman Rusiya dövlətinin ictimai-siyasi stabilliyinin qorunub-saxlanmasında dayaq olsunlar. Rusiyanın olimpiya hərəkatının təsisçisi olması hər kəs üçün siqnal olacaq”.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarının proqramı üçün namizəd idman növlərinin siyahısı üçə endirilib. Bura güləş, beysbol və skvoş daxil edilib. 2013-cü il sentyabrın 8-də Argentinanın Buenos-Ayres şəhərində 3 idman növündən biri seçiləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA