Maliyyə Nazirliyi yaxın vaxtlarda yoxlamalara başlayacaq

img

05-09-2013 [14:15]


Hər il olduğu kimi, bu il də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yoxlamalar aparır. Dövlət orqanlarında yol verilən korrupsiya və rüşvətxorluq hallarının aşkara çıxarılmasında Maliyyə Nazirliyinin apardığı yoxlamaların da xüsusi rolu var. Belə yoxlamaların bu il də aparılacağı istisna deyil.

Modern.az-a açıqlamasında Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, nazirlik belə bir əməliyyatlarda iştirak etmir. M. Piriyevin sözlərinə görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti öz nəzarət tədbirlərini hər il üçün hazırlanmış iş planına əsasən mövcud qanunvericiliyə uyğun olaraq aparır.

Xidmət rəhbəri onu da bildirib ki, həyata keçirilən nəzarət tədbirləri barədə müntəzəm olaraq ictimaiyyətə məlumat verilir.

Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydalarına uyğun olaraq büdcədən maliyyələşən təşkilatlarda yoxlamaların başlanılması əmri Xidmətin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən imzalanır. Xidmətin iş planına əsasən dövlət büdcəsinin respublika tabeli şəhər (Bakı şəhəri istisna olmaqla) və rayonlar üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası ilə əlaqədar yerli maliyyə orqanlarının işlərinin yoxlanılmasına və müvafiq şəhər və rayonların ərazilərində yerləşən büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətləri üzrə nəzarət tədbirlərinin aparılmasına başlanılır. Nəzarət tədbirlərinin müddətləri müfəttişlərin təqdim etdikləri məlumatlara istinadən Xidmətin müvafiq struktur bölməsinin rəhbəri tərəfindən Xidmətin rəhbərliyinə yazılmış təhriri məruzələrə əsasən Xidmətin rəisi və rəisin buna səlahiyyəti olan müavini tərəfindən imzalanan əlavə əmrlə artırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA