"Xalq Bank" şəhidin evini girov aldı - Mehriban Əliyeva müdaxilə etdi

img

13-11-2019 [14:58]


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin "Xalq Bank" tərəfindən girov götürülən evi geri qaytarılıb.

Mia.az xəbər verir ki, məlumatı "Facebook" sosial şəbəkəsində Səbinə Yusif adlı istifadəçi yayıb.

O bildirib ki, bir müddət öncə götürdüyü kredit borcunu ödəyə bilməyən şəhid ailəsinin mənzili "Xalq Bank" tərəfindən girovda olub. 

Bununla bağlı şəhid ailəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Birinci vitse-prezidentin göstərişi və tapşırığı ilə mənzil şəhidin ailəsinə qaytarılıb. 

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun həyat yoldaşı bir ay öncə əməliyyat olunub.

Xatırladaq ki, Ş.Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA