Bakıda və rayonlarda yağış yağacaq - Proqnoz açıqlandı

img

13-11-2019 [13:13]


Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA