Akif Muradverdiyevin işinin istintaqı yekunlaşır

img

05-09-2013 [13:18]


Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev barəsində cinayət işinin istintaqı yaxın günlərdə yekunlaşacaq.

Bu barədə APA-ya açıqlamasında A. Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə bildirib.

R. Mirmehdizadə A. Muradverdiyevin F. Ağayevdən imtina edərək, onunla müqavilə bağlaması barədə xəbərlərə də münasibət bildirib: "Mən əvvəldən Akif Muradverdiyevin vəkili olmuşam. Keçən dəfə həbs olunandan da, indi də əvvəl gündən onun vəkiliyəm. Akif Muradverdiyevin digər vəkil Fuad Ağayevdən imtina etməsinin səbəblərini isə bilmirəm. Bu, Akif Muradverdiyevin öz işidir”.

Vəkil A. Muradverdiyevin səhhətində problemlərin olduğunu da deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA