İntensiv yağış yağacaq, güclü külək əsəcək - Nazirlikdən hava ilə bağlı xəbərdarlıq

img

12-11-2019 [15:36]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən, şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA