Ərdoğan Trampla görüşə getdi - Nələr müzakirə olunacaq?

img

12-11-2019 [12:20]


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, geniş nümayəndə heyəti ilə səfərə çıxan Ərdoğan ABŞ-da Prezident Donald Trampla gündəmdəki məsələləri müzakirə edəcəyini deyib.

Ərdoğan Trampla görüşdə F-35, S-400 raketləri ilə bağlı yaranan problemlər, YPG məsələsi, həmçinin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini qaldıracağını bildirib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Ağ Ev Türkiyəni S-400-lərə görə sanksiya ilə hədələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA