İlham Əliyev: "Müxtəlif yerlərdə vəziyyət artıq çox gərginləşib"

img

05-09-2013 [10:33]


"İndi dünyanın müxtəlif yerlərində yaşanan hadisələri hamımız televizordan görürük, mətbuatdan izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində çox çətin proseslər gedir. Haradasa böhran, iqtisadi çətinliklər, sosial narazılıqlar, haradasa qanlı toqquşmalar…”. 


Bunu prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri zamanı çıxışında deyib. İ. Əliyev bildirib ki, müxtəlif yerlərdə vəziyyət artıq çox gərginləşib, alovlanır: "Azərbaycan isə bir sabitlik adasıdır. Azərbaycan bölgədə də sabitləşdirici rol oynayır. Yəni, bizim sabitliyimiz bölgəyə də müsbət təsir göstərir.

Azərbaycan bütün bu böhranlı illərə baxmayaraq, öz iqtisadi inkişafını təmin edib və artırıb. Bunun səbəbi çox aydındır. Bunun səbəbi düşünülmüş, xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasət və xalqla iqtidar arasında olan birlikdir. Budur, bizim uğurlarımızın əsas sirləri. Çünki bəzi hallarda xarici qonaqlarla söhbət əsnasında sual verilir ki, necə olur, hər yerdə vəziyyət başqa cürdür, sizdə isə inkişafdır. Bunun sirri nədir? Yenə də deyirəm və hesab edirəm ki, bunun əsas sirri xalqla iqtidar arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid mövqeyin mövcudluğudur.

Cəmiyyətdə ölkəmizin xarici, daxili, iqtisadi siyasəti ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Yəni, cəmiyyətin bütün üzvləri qlobal, ümumi istiqamətlər üzrə bir fikirdədir - ölkəmizi daha da gücləndirməliyik, beynəlxalq mövqelərimizi gücləndirməliyik, daxili inkişafı bundan sonra da təmin etməliyik ki, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan dövləti daha da qüdrətli olsun.

Azərbaycan dövlətinin gücü hər bir vətəndaşa xidmət göstərir. Eyni zamanda, hər bir vətəndaşın öz doğma Vətəninə olan sevgisi, onun əməyi dövlət gücümüzü artırır. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA