Mikayıl Cabbarov 6 şöbəni ləğv etdi, Bayram Hüseynzadə də işsiz qaldı

img

04-09-2013 [17:29]


Təhsil Nazirliyində müvafiq struktur dəyişiklikləri həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən,Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi və Ümumi şöbə ilə İctimaiyyətlə əlaqə şöbəsibirləşdirilib. Əvəzində Ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılıb.

Nazirin bu əmri nəticəsində adları çəkilən şöbələrin də müdirləri avtomatik olaraq vəzifədən azad olunublar. Onlardan kimin işdə qalıb, kimin qalmayacağına tezliklə aydınlıq gətiriləcək.

Hələlik məlum olan odur ki, ləğv edilən Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bir pillə aşağı vəzifəyə keçirilib. Belə ki, yeni yaradılan Elm, ali və orta ixtisas təhsili şöbəsinə Gültəkin Hüseynova müdir təyin olunub. İlham Mustafayev isə onun müavini işləyəcək.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA