04-09-2013 [15:21]
""İntihar hörüyü" əsərini bir oturuma oxudum və oxumağıma peşman olmadım".
"Görəsən, ədəbi gəncliyimizin bir bölük yeni yazarının varlığına intihar hörüyü kimi sarınmış bu mənəvi onanizmin və seksual manyaklığın sonu tezmi olacaq?"
Yazıçı Əkrəm Əylisli bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Azadlıq" radiosundabaşlanmış müzakirəsinə qoşulub.
YENİ DÖVRÜN TƏHMİNƏ VƏ ZAURU
Əvvəla onu deyim ki, hər hansı bir yeni yazarın əsərini oxumağa başlayanda mən öncədən xeyli həyəcanlı oluram.
Bunun bir neçə səbəbi var.
Səbəbin birincisi budur ki, ədəbiyyatımızın bugünkü mənəvi durğunluq dövründə mənim olan-qalan ümidim bu yeni yazarlaradır. Mütiliyin, məddahlığın kəllə-çarxa çıxdığı zəmanəmizdə özlərinin gənclik qismətinə düşən həyatı azad və asudə yaşamağa çalışan, böyüklərin hər sözünə inanmayan, ömrünü özündən dahi qayırmağa həsr edənləri heç it yerinə də qoymayan – ipə-sapa yatmaz – bu dəlisov gəncliyin ədəbi həyatımızda öz tarixi vəzifəsini yerinə yetirəcəyinə, Əli Kərim demişkən, mənim "bir dəli ümidim var”. Bir də - gənc müəlliflərin indiyəcən oxuduğum əsərlərinin məndə doğurduğu çoxsaylı suallar.
Məsələn:
- bu yeni yazarların yazı dili niyə bu qədər pintidir?
- niyə bunlar cümlə quruluşuna, söz düzümünə bu qədər biganədir?
- bu nəslə mənsub olan yazarların bir çoxunun yazı ovqatı, yazı manerası niyə bu qədər biri-birinə bənzəyir?
- niyə bunlardan ötrü insanın seksual həyatı həyatın özündən maraqlıdır?..
Yeni yazarların əsərlərini hələ oxumamış məni əvvəlcədən dərd götürür:
- müəllifin "roman” adlandırdığı bu, bülleten boyda, nazik kitabçada – söyüşün, əttökən, qulaqdeşən sözün miqdarı görəsən nə qədərdir.
Və indi ədəbdənkənar sözlərin görünməmiş mətbu bolluğunda kitablardakı biədəb sözlərlə rastlaşanda şəxsən özümlə bağlı bir neçə əhvalat hər dəfə yadıma düşür.
Sizə nədən deyim – 1970 –ci ilin axırlarından. O vaxt mən "Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində işləyirdim. Gözəl yazıçı və dramaturq (indi rəhmətlik) Rəhman Əlizadənin "Əncir qurusu” adlı hekayəsi jurnalda dərc edilmişdi və həmin hekayədəki üç kəlmə sözə görə - Yazıçılar İttifaqından tutmuş, Mərkəzi Komitəyəcən dünya-aləm bir-birinə dəymişdi.
Söz də nə söz: "...dalından hava buraxıb...”. – Bu sözləri, Rəhman Əlizadənin hekayəsində, özünün cəbhədəki "şücaətlərindən” danışan bir gopçu qədeş deyirdi. Guya bu qədeş, müharibə vaxtı, Hitlerin generallarının kerasin lampa işığında oturduğu hansısa fantastik bir məkanda – özünün "daldan buraxdığı hava” ilə o lampanı söndürüb, bir bölük faşist generalını qaranlıqda qoymuşdu. Vəssalam – hekayədə bundan savayı millətimizi alçalda biləcək özgə heç nə yox idi. Buna baxmayaraq, o üç kəlmə sözə görə "Azərbaycan” jurnalına qarşı hücumlar bəlkə yarım ildən də çox davam elədi. O vaxtın – indikilərdən heç bir fərqi olmayan milli əxlaq və qeyrət təəssübkeşləri iclasda, toyda-yasda xeyli vaxt yalnız bu barədə danışdı.
Və bu söhbət qurtarmamış məmləkətin mötəbər şair və yazıçıları – hələ jurnal satışa çıxmamış – hardansa əldə etdikləri nüsxələrdə "qədeşin” faşist generallarına qarşı "hava hücumundan”da betər bir söz tapıb, ölkəni mənə və jurnala qarşı əlbəəl ayağa qaldırdılar. Bu söz mənim "Gilənar çiçəyinə dediklərim” adlı povestimdəki "klarnet” sözü idi. Bu sözü 71 min tirajla çap edilmiş jurnaldan pozmaq üçün şəxsən Mərkəzi Komitənin katibi bütün redaksiya və mətbəə işçilərini səfərbər etməli oldu. Çünki o "klarnet” adi klarnetlərdən deyildi. Və bizim abır-həya nümunəsi olan xalqımızın arasında o klarneti çala biləcək bir nəfər də qız-qadın ola bilməzdi! Halbuki mənim povestimdə o söz oxucu diqqətini çəkmək üçün şirnikləndirici "primanka” deyildi. O klarnet əhvalatını öz povestimdə mən istisna hal, fövqəladə hadisə kimi təsvir eləmişdim.
O dövrün belə absurd qadağalarını yada salanda istər-istəməz düşünməli olursan:
- indi gənc yazarların – heç bir mədəni orqanizmin həzm edə bilmədiyi – sözlərə bu qədər aludə olmağının günahı bəlkə heç onların özündə deyil? Bəlkə bu, millətimizin abır-ismət məsələlərində fövqəladə özünəməxsusluğundan bir vaxt boğazdan yuxarı dəm vurduğumuza görə indi Allahın bizə verdiyi cəzadır, ibrət dərsidir. Hər bir bəd əməlin cəzasını bir gün Allah hökmən verməlidir. Bunsuz onun Allah olmağa haqqı olmazdı.
Hətta mənə hərdən elə gəlir ki, tərbiyəsiz uşaqların bir vaxt qorxa-qorxa çirkli divarlara yazdığı sözləri indi qorxmadan öz kitablarına köçürən yeni dövrün bir çox yazarları yaxın keçmişimizin o "boğazdan yuxarı” əxlaq və mənəviyyat təəssübkeşlərindən bəlkə bilərəkdən qisas alır, əvəz çıxır?! Əttökən, qulaqdeşən sözləri bol-bol öz kitablarına doldurmaqla bu yazarlar - əsərləri hakim ideologiyanın nəzərində - hələ də əxlaq və mənəviyyat nümunəsi sayılan əldəqayırma ədəbiyyat generallarına qarşı, özləri də bilmədən, üsyan edir, qiyam qaldırırlar. Ola bilər, bəlkə burası da var. Ancaq burası da var ki, öz kəndinə, şəhərinə, küçəsinə, həyətinə, müəlliminə, ata-anasına, bacı-qardaşına az-çox hörməti olan heç bir uşağın o sözləri divara yazmağa əli gəlməz. Və burası ədəbiyyatda da bir növ belədir: dil həqiqi yazıçının kəndidir, şəhəridir, evidir, eşiyidir. Ana dilimizdə nə qədər söz var – hamısı (hamıdan çox!) yazıçınındır. Yazıçı, ilk növbədə, söz dünyasının sakinidir. Təbiətdə hər quş bu dünyanın bol çöpündən-çamırından özünə necə yuva qurursa, eynən eləcə də yazıçı, sərhədsiz söz dünyasında, özünə sözdən yuva qurur.
Dilimizdəki hər sözü bədii mətndə işlətmək olar. Bundan ötrü sözlə işləməyi bacarmaq lazımdır. Deyilən sözü deyildiyi kimi kağıza köçürməyin yazıçı sənətilə heç bir əlaqəsi yoxdur.
Yazdığım bu sözlərin bizim yeni yazarların hansına nə qədər dəxli olduğunu deyə bilmərəm. Ancaq fakt budur ki, mən bu sözləri bizim yeni yazarların tanınan isimlərindən birinin yeni kitabını oxuyandan sonra yazıram.
Əsərin adı: "İntihar hörüyü”
Müəllifi: Şəhriyar del Gerani
Əsəri bir oturuma oxudum və oxumağıma peşman olmadım. Çünki yazıda əsəb var, ağrı və iztirab var. Əxlaqı gözgörə aşınan bir məmləkətdə həyatın nə qədər mənasız olduğunu görən göz, yazan əl var. Olan mənəviyyatı pozulmuş, aparıcı ideologiyası heç vaxt cavanlıq görməmiş, insanları sırtılıb insan sifətindən çıxmış bir cəmiyyətdə bir gənc jurnalistin seksual gəzintiləri əsərdə xüsusi bir həvəslə yerli-yataqlı təsvir olunur.
Mövzu, söz yox ki, yeni deyil. Əslində mövzu məsələsi sənətdə heç bir həlledici rol da oynamır. Məsələn, sevgi mövzusunda Qustav Flober də yazıb, Məmməd Səid Ordubadi də, Puşkin də yazıb, Əliağa Vahid də. Cek Londonun "Martin İden”ində də cəmiyyətdə özünə yer tapa bilməyən bir gənc qələm sahibinin əzablı-iztirabı həyatı qələmə alınıb. Bilirəm ki, 100 il bundan əvvəl, o əsəri yazanda Cek Lononun 33 yaşı olub. Şəhriyar del Geraninin neçə yaşı olduğunu bilmirəm. Ancaq çox istərdim ki, bu yaş 25-dən yuxarı olmasın. Çünki yaşı 25-dən yuxarı olan qələm sahibi, mənə görə, yazı mədəniyyətinə az-çox yiyələnmiş olmalıdır. Çünki buna yiyələnmədən bədii əsər yazmaq öküzdən bala doğuzdurmaq qədərində məntiqsiz və mənasız bir iş olardı. Və bizim gənc yazarlarımızın böyük əksəriyyətinin yazı mədəniyyətindən bixəbərliyi məndə çoxdandır ki, acı təəssüflər doğurur.
Hələlik göz qabağında olan budur ki, Şəhriyar del Gerani Sara ilə Samralın – "klarnet” səsi və sperma iyi verən – maraqsız və mənasız həyatını, sözün hərfi mənasında, yağlı boyalarla təsvir edə bilib. Yeni dövrün Təhminə və Zaurunun həyatı dövrün yeni yazarının qələmilə yəqin ki, bundan maraqlı yazıla bilməzdi. Ancaq məni hal-hazırda başqa şey düşündürür:
- görəsən, ədəbi gəncliyimizin bir bölük yeni yazarının varlığına intihar hörüyü kimi sarınmış bu mənəvi onanizmin və seksual manyaklığın sonu tezmi olacaq?
- bu hörüyün höürümçək toru kimi dar dünyasından gen dünyaya çıxmağa bizim ədəbi gəncliyimiz özündə qeyrət və qüvvət tapa biləcəkmi?...
Bax bu, çox ciddi məsələdir.
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)