"Media" komandası "Dirçəliş Kuboku"nda növbəti mərhələyə yüksəldi - Açıqlamalar
09-03-2026 [15:13]
Dünən Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi "Dirçəliş Kuboku"nda qrup mərhələsinə yekun vuruldu.
Mia.az 525.az-a istinadla xəbər verir ki, 40 komandanın 4 qrupda mübarizə apardığı yarışda 16 komanda 1/8 finala yüksəldi.
Jurnalistlər və mətbuat işçilərindən təşkil olunmuş "Media" son turda "McDonalds"ı 5:2 hesabı ilə məğlub edərək xallarının sayını 16-a yüksəltdi və bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazandı.
"Media"nın kapitanı, BakuTV-nin departament rəhbəri İman Məcidov bu uğurun onlara asan başa gəlmədiyini bildirdi:

"Qrupumuzda komandaların əksəriyyəti güclü idi. Bu üzdən son tura kimi mərhələ adlayacağımız bəlli deyildi.
Son oyunda "McDonalds" üzərində qələbə qazanmaqla istəyimizə çata bilərdik ki, bunu da bacardıq. Heyətimiz bütünlüklə media işçilərindən qurulub. Aramızda jurnalistlərlə yanaşı, müxtəlif media qurumlarını təmsil edən texniki işçilər də var. Yəni, bütün futbolçular sırf mətbuatımıza bağlı insanlardır, kənardan kimisə dəvət etməmişik. Sevinirəm ki, bu mötəbər turnirdə mətbuatımızı layiqincə təmsil edə bilirik".
Komandanın baş məşqçisi, "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev isə məqsədlərinin medalçılar sırasına düşmək olduğunu söylədi:

"Düzü, komandanı yığmaq mənə həvalə olunanda, əvvəl tərəddüd etdim. Çünki bu, böyük məsuliyyət idi. Hər halda 15 nəfərlik heyəti topladıq və yarışa qatıldıq. Məqsədimiz qrup mərhələsini aşmaq idi ki, bunu bacardıq. İndi isə heyəti bir qədər gücləndirməklə mümkün qədər irəli getməyə, medalçılar sırasına düşməyi düşünürük. Qrupumuzda güclü rəqiblərin olmasına baxmayaraq, uşaqlar layiqli mübarizə apardılar, hər birinə, o cümlədən, bizə dəstək olanlara təşəkkür edirəm".
Qeyd edək ki, "Dirçəliş Kuboku"nda 1/8 final mərhələsinə aprelin 4-də start veriləcək. Bu mərhələdə "Media"nın rəqibi turnirin ən güclü komandalarından biri ADSEA olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi