Mehriban Əliyeva neftçiləri belə təbrik etdi - Mətn

img

07-11-2019 [09:44]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində ölkə neftçilərini təbrik edib.
 
Birinci vitse-prezidentin paylaşımında deyilir:
 
"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. 
 
Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA