04-09-2013 [11:52]
Pakistanın Azərbaycandakı səfirliyinin yerləşdiyi ərazi ətrafında başlayan məhkəmə qalmaqalı ilə bağlı AzNews.az-a ilginc məlumat daxil olub.
Xatırladaq ki, bir müddət əvvəl Nərimanov rayonu Atatürk prospekti, 30 ünvanında yerləşən səfirlik ərazisinin mülkiyyətçisi olan Məhərrəmova Cəlilə Asanpaşa qızı məhkəmədə mülki iddia qaldırıb.
Həmin iddiaya əsasən Cəlilə Məhərrəmova səfirliyin yerləşdiyi inzibati ərazidən çıxarılmasını istəyib. Nərimanov Rayon Məhkəməsi iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarıb. Çıxarılan məhkəmə qərarı iki dövlət arasında bir sıra narazılıqlara səbəb olmaqla yanaşı, diplomatik qalmaqal yaradıb.
Pakistan səfirliyi yerli instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Məlumata görə, əsas hadisələr də bundan sonra başlayıb. Bakı Apelyasiya Məhkəməsi şikayət daxil olduğu vaxtdan 16 gün ərzində Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv edib.
İddiaçının vəkili Adəm Məmmədov 16 gün ərzində məhkəmə tərəfindən ədalətli araşdırma aparılmasını şübhə altına alıb.
Vəkil AzNews.az-a açıqlamasında deyib ki, Bakı Apelyasiya Məhkəməsi prosessual-hüquq normalarını və Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozub: "Bu qərarla bağlı tərəfimdən Ali Məhkəməyə kassasiya şikayəti verilib. Əgər iddiaçının pozulmuş hüquqları Ali Məhkəmə tərəfindən bərpa olunmazsa, biz öz hüquqlarımızın tanınması üçün Avropa İnsan Hüquqları Məhkəməsində müraciət edəcəyik”.
İşin ən ilginc məqamı isə naməlum şəxslərin pəncərənin dəmir çərçivəsini kəsərək, Nərimanov Məhkəməsində işə baxaraq iddianı təmin edən hakim Arif İsmayılovun
xidməti otağına daxil olmasıdır. A.Məmmədov bunun məhz həmin məhkəmə prosesi ilə əlaqəli olduğunu düşünür: "Hakimin otağından bir sıra sənədlər oğurlanıb və otağa xeyli ziyan vurulub. Bu hadisə qeyd etdiyim mülki işlə bağlı qərar qəbul edildiyi gündən sonra baş verib. Hal-hazırda bu faktla bağlı araşdırmalar aparılır”.
Qeyd edək ki, 07.07.2013 tarixində AzNews.az Nərimanov
Rayon Məhkəməsinə naməlum şəxslərin daxil olması, divarlara təhqiramiz ifadələrin yazılması ilə bağlı məlumat vermişdi. Maraqlıdır ki, aidiyyəti qurumlar belə bir hadisənin baş vermədiyini aşıqlamışdılar. Vəkilin dedikləri isə xəbəri bir daha təsdiqləyir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi