Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatdı

img

04-09-2013 [11:23]


Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatıb. Bu barədə Modern.az saytına Cəmil Həsənlinin Seçki Qərargahının AXCP-dən olan rəhbəri Həsən Kərimov məlumat verib.

Onun sözlərinə görə, imzalar qərargahda yoxlanıldıqdan sonra MSK-ya təqdim ediləcək.
"İmzatoplama kampaniyası artıq yekunlaşıb. Yığılan bütün imzalar Bakıya gətirilir. 45 min imza toplanıb. Biz ekspert qrupu yaratmışıq. Onlar imzaları yoxlayandan sonra hardasa ayın 7-də MSK-ya təqdim olunacaq. Ən azı 44 mindən çox imzanı MSK-ya təqdim edəcəyik”-deyə H.Kərimli bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA