8 Azərbaycan vətəndaşı Gürcüstana qanunsuz keçmək istədi... - DSX açıqlama yaydı + FOTO

img

05-11-2019 [10:42]


Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il tə­vəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mə­di­nə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA