ALP "EL" Hərəkatına olan təzyiqlərə son qoymağı tələb edir

img

03-09-2013 [22:32]


Azərbaycan Liberal Partiya "EL" Hərəkatına təyiqlərlə bağlı bəyanat verib. Bəyanatda MİA-ya daxil olan bəyanatda qeyd olunur: "El” hərəkatının sədri Eldar Namazov, Ali Məclisinin sədri Eldəniz Quliyev, İcra Apparatının rəhbəri Köçəri Nağıbəyli son günlər dəfələrlə prokuoroluğa çağırılmış və "iğtişaşlara hazırlaıq"la bağlı uzunsürən sorğu-suala tutulmuşlar.

Azərbaycan Liberal Partiyası bunu E. Namzaovun, E. Quliyevin və K. Nağıbəylinin "dövlət çevrulişinə” hazırlıqda saxta ittihamına hazırlıq kimi dəyərləndirir.

ALP hesab edir ki, bu təzyiqlər təkcə "El”ə qarşı yox, Milli Şuraya və bütün real müxalifətə qarşı yönəlmiş repressiyanın tərkib hissədir

ALP "El”ə qarşı yönəlmiş təzyiqləri qətiyyətlə pisləyir və Azərbaycan iqtidarından bunlara dərhal son qoymağı tələb edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA