Azərbaycanda bir neçə vəzifəli şəxsə cinayət işi açıldı

img

03-09-2013 [17:46]


"Az Palinure İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, aparılan araşdırmalar zamanı "Az Palinure İnternational” MMC-nin vəzifəli şəxslərinin xarici ölkələrdə fəaliyyət göstərən banklarla birgə lahiyələr həyata keçirmək adı altında, cəmiyyətə 1.050 ABŞ dolları ödəyən şəxsə ödədiyi məbləğin hər ay 3.5% miqdarında vəsait veriləcəyi vəd edilərək 2010-2012-ci illər ərzində ayrı-ayrı şəxslərdən ümumilikdə 38.250 ABŞ dolları məbləğində pul alınaraq aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Az Palinure İnternational” MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA