Əli Nağıyevin keçmiş vəzifəsinə təyinat oldu - Prokurorluqda dəyişiklik

img

04-11-2019 [10:19]


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.

E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat  İdarəsinin rəisi işləyib. 

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib.

Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub/Oxu.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA