Rövşən Qəmbər: "Rüstəm İibrahimbəyov Rusiya vətəndaşlığından çıxarılma prosesini dayandırsın"

img

03-09-2013 [16:00]


Dünya Azərbaycanlıları Məclisi sədri Rövşən Yunisoğlu Qəmbər yeni təkliflə çıxış edib. MİA-ya daxil olan müraciətdə deyilir:

Təklif edirəm ki, Milli Şuranın Professor Cəmil Həsənli kimi uğurlu namizədi olduğu üçün 9 Oktyabrda Xalqımızın Uğur qazanması üçün Rüstəm İBRAHİMBƏYOV Rusiya vətəndaşlığından çıxarılma prosesini dayandırsın və qətiyyən Rusiya kimi Azərbaycan siyasətində son yüz illərdə çox təsiri olan böyük dövlətin sayılan ləyaqətli vətəndaşlığından qətiyyən imtina etməsin!!! Demokratik Qüvvələrin birliyinə nail olaraq Milli Şuranın yaranmasına səbəb olan Rüstəm İBRAHİMBƏYOV hal hazırda Azərbaycanın (Xalqının!!!) Xarici İşlər Naziri səviyyəsində, ən azından Azərbaycanın Rusiyadakı Fəxri Fövqəladə Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərsin ki, 100 il əvvəl Rusiyda müsəlmanlarının hüquqlarını ləyaqətlə qoruyan M.E.Rəsulzadə kimi indiki zamanda Azərbaycanın, Orta Asiya Xalqlarının və Dünya məzlumlarının hüquqlarının Rusiyada qorunmasında Ulu Öndərimiz qədər tarixi rolunu oynasın! Diktatura rejimlərindən qurtulmağa çalışan müsəlman ölkələrinin advokatı olsun və mafioz rejimlərdən qurtulmağın nümunəsini M.E.Resulzadənin ləyaqətli davamçısı kimi göstərsin!! Rüstəm Bəy! Lütvən Rusiya Federasiyasının Çox Ləyaqətli Vətəndaşlığından Qətiyyən İmtina Etməyin, çünki Rusiyadakı Ədalətsevər insanlarla və təşkilatlarla daha yaxşı münasibətlərin qurulmasında Sizin yardımınıza Xalqımızın ehtiyacı var!!! Rusiya ilə münsaibətlədə Siz indi vazkeçilməz əsil Ziyalı Vətəndaşımızsınız!! Azərbaycan Xalqı Qonşuluğumuzdakı Ölkələrdə yaşayan ləyaqətli insanlarla və təşkilatlarla qarşılıqlı səmərəli əməkdaşlıq qura bilərsə, Dünyanın Ən Xoşbəxt Xalqlarından sayılaraq Avropa Birliyinin üzvü ola bilər!!! Yaşasın Azərbaycanın Rusiyada Ən Çox Sayılan Ziyalımız və Fəxri Fövqəladə Səlahiyyətli Səfirimız Rüstəm İBRAHİMBƏYOV!! 

DAM - Dünya Azərbaycanlıları Məclisi sədri Rövşən Yunisoğlu Qəmbər Almaniya, 3 Sentyabr 2013

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA