03-09-2013 [16:27]
"İndi Azərbaycanda bütün yol infrastrukturu yenilənir, o cümlədən Bakı şəhərində. Bütün bölgələrdə, rayonlarda kənd yolları, qəsəbə yolları tikilir. Bakıda qəsəbələrarası yollar yenidən qurulur”.
Bunu prezident İlham Əliyev sentyabrın 2-də Maştağada sakinlərlə görüşündə deyib. İ. Əliyev bildirib ki, Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir. Bu il Proqramın əsas hissəsi başa çatacaq. Proqramda əsasən yol, qazlaşdırma, su, kanalizasiya xətləri layihələri nəzərdə tutulur. Bütün bu məsələlər ardıcıllıqla icra edilir.
Prezident bildirib ki, qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir: "Bakının qəsəbələrinin arasında isə Maştağa ən böyük qəsəbədir, tarixi bir yerdir. Maştağanın çox böyük tarixi vardır. Bu gün də böyük potensiala malik olan bir qəsəbədir. Şadam ki, burada bütün işlər məqsədyönlü şəkildə aparılır. Biz bu işlərə kompleks şəkildə yanaşırıq. Məktəblər tikilir, təmir edilir, tibb məntəqələri, uşaq bağçaları, yollar, su-kanalizasiya layihələri də icra ediləcəkdir. Bütün yollar bax, bu səviyyədə olmalıdır. Bu günə qədər görülmüş işlər xəritədə göstərilir, burada əks olunub. Ancaq bir daha demək istəyirəm ki, qəsəbə çox böyükdür. Qəsəbədaxili yollar da çoxdur. Biz hələ gərək bir müddət işləyək ki, bütün yollar bu səviyyədə olsun. Əlbəttə, hər bir qəsəbənin inkişafı ilə bağlı xüsusi proqramlar vardır. Qəsəbələrdə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılması layihələri icra edilir. Əlbəttə ki, Bakının digər bölgələri ilə əlaqə rahat olmalıdır".
Zabrat yolunun genişləndirildiyini deyən İlham Əliyev bildirib ki, indi Pirşağı yolu, sahilboyu Bilgəh-Sumqayıt yolu tikilir: "Bütün bu yollar Bakı sakinlərinin rahatlığı üçün edilir. Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həm bölgələrdə, həm də Bakıda, Bakının qəsəbələrində çox böyük quruculuq işləri aparılır. Əlbəttə ki, bu layihələrin icra edilməsi bizə əlavə güc verir. Ona görə də görülmüş bu işlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, gələcəkdə də Maştağanın inkişafı daim diqqət mərkəzində olacaqdır".
Sonra İlham Əliyev bildirib ki, qəsəbədə doğrudan da böyük işlər görülüb, amma görüləsi işlər çoxdur: "Əlbəttə, mənim rayonlara, qəsəbələrə səfərlərimin səbəbi ondan ibarətdir ki, əlavə nə kimi işlər görülməlidirsə onu sizdən eşidim. Çünki əlbəttə ki, forsmajor hadisələr də olur, gözlənilmədən hansısa bir hadisə baş verir. Siz də qeyd etdiyiniz kimi, qrunt sularının qalxması ilə əlaqədar insanlar əziyyət çəkdilər. Ancaq bütün bu məsələlər operativ qaydada öz həllini tapdı. Yəni, bu hadisə və gördüyümüz bütün başqa işlər onu göstərir ki, iradə olan yerdə istənilən işi görmək olar. Təki iradə, istək, həvəs olsun.
Hər bir vəzifəli şəxs öz xalqına bağlı olmalıdır. Hər bir məmur öz vətəndaşlarına xidmət etməlidir. Əgər hər bir qəsəbənin problemi öz həllini taparsa, onda ölkədə heç bir problem qalmaz. Çox sadə bir məntiqdir".
Prezident deyib ki, Sabunçu rayonu inkişafdadır, digər qəsəbələrdə də quruculuq işləri aparılır: "Bir daha demək istəyirəm ki, mənim üçün mərkəzi, yaxud da ki, qıraq rayon anlayışı yoxdur - nə ölkə, nə də Bakı şəhəri üzrə. Hər bir rayon mərkəzdir. Hər bir qəsəbədə işlər elə görülməlidir ki, sanki bu, şəhərin mərkəzidir. Bax, Bakı şəhərinin mərkəzi necə gözəldir. Bütün şəhərlər, bütün rayonlar elə olmalıdır. Bir daha demək istəyirəm ki, bunu etməyə bizim imkanımız da, iradəmiz də vardır. Xalq da bütün bu işləri dəstəkləyir. Belə olan halda qarşımızda heç bir maneə ola bilməz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi