Dövlət Xidmətinə yeni rəis təyin olundu - ƏƏSMN-də dəyişiklik

img

01-11-2019 [10:28]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.

F.Heydərov əvvəllər xidmət rəisinin müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.  

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad olunub/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA