03-09-2013 [16:25]
Qafqaz Müsəlmanları İdarəsi son günlər Suriyada baş verən hadisələrlə bağlı bəyanat verib. MİA-nın məlumatına görə, QMİ-nin bəyanatında bildirilir:
- Amerika Birləşmiş Ştatları tərəfindən Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya ictimaiyyətini, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsini narahat edir və diqqət mərkəzindədir. Belə ki, bu hadisələrin gedişatı ümumən bəşəriyyətin taleyinə təsir edə bilər.
Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olmuşdur. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib, beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə bilmərik.
Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticə və gələcək fəsadlarını dünya Əfqanıstan və İraqın nümunəsində görməkdə davam edir.
Qafqaz Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarına da birmənalı qiymət vermişdi. Biz o hadisələri təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilən ən çirkin cinayət kimi qiymətləndirmişdik.
Azərbaycan xalqı özü təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru nəticəsində ölkəmizin 20 faizi işğal olunmuş, minlərlə həmvətənimiz məhv edilmişdir.
Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünə layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı.
Bu gün həyat sübuta yetirir ki, bütün qlobal problemləri, habelə qaynar nöqtələrdəki gərginliyi bəşəriyyət birgə səylərlə, beynəlxalq hüquq normalarına uyğun şəkildə aradan qaldırmalıdır. Heç bir siyasət dinc əhalinin qırğınına, nahaq qanların tökülmasinə, kəndlərin, müqəddəs ibadətgahların dağıdılmasına bais olmamalıdır. Bunun əksi bəşəriyyəti böyük qarşıdurmaya gətirib çıxarar, sonsuz qisasın və yeni faciələrin əsasını qoyar. Müsəlmanların Müqəddəs Kitabı Qurani-Kərimdə buyurulduğu kimi: " Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin” (əl-Maidə, 2).
Biz ümidvarıq ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqress bütün dünyadan səslənən «Müdaxiləyə yox» sədalarına biganə qalmayacaq və Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyəcəkdir. Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ Prezidentindən də gözləntimiz məhz bu yöndədir.
Əminik ki, veriləcək qərar Amerika xalqının milli maraqlarına ən uyğun bir qərar olub, bu dövlətin bütün dünyada nüfuz və qüdrətinin daha da artmasına dəlalət edən müdrik qərar olacaqdır.
Biz dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə çalışmağa səsləyirik.
Biz O Bir Olan Allaha dua edirik ki, Suriya torpağında hərbi əməliyyatlar barədə qərar tezliklə xətm olunsun, beynəlxalq hüququn gücü ilə həm bu torpaqlarda, həm də bütün dünyamızda sülh bərqərar olsun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi