"Təyinatım mənim üçün böyük sürpriz oldu" - Yeni icra başçısı

img

31-10-2019 [19:38]


"Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm".

Mia.az xəbər verir ki, bu sözləri "Axar.az"a Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elnur Rzayev bildirib.

"Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”, – deyə yeni icra başçısı bildirib.

Xatırladaq ki, 39 yaşlı Elnur Şahbaz oğlu Rzayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA