Ayaz Mütəllibovla bağlı narahatlıq yaranıb

img

03-09-2013 [13:46]


Bir aya yaxındır Bakını tərk edən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov hələ də geri qayıtmayıb. Bu barədə Modern.az saytına Ayaz Mütəllibovun yaxın dostu, ASDP sədri Araz Əlizadə məlumat verib.

A.Mütəllibovun hazırda Bakıda olmadığını deyən ASDP sədri onun nə zaman qayıdacağından xəbərsiz olduğunu deyib. A.Əlizadə hətta eks-spikerin harada olmasını da bilmədiyini söyləyib.

"Ayaz müəllim hazırda Bakıda deyil. Bilmirəm hardadır. Onun nə zaman Bakıya qayıdacağından da xəbərsizəm”, - deyə partiya sədri qeyd edib.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda Ayaz Mütəllibovun doğma Şamaxı şəhərində olduğu bildirilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA