Erməni ordusu kəndlərimizi atəşə tutdu - Cavab atəşi ilə susduruldular + Rəsmi açıqlama

img

30-10-2019 [15:14]


Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan silahlı qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sər­həd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub. 

"Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA