Oktay Gülalıyevi maşın vurdu - Hüquq müdafiəçisi reanimasiya şöbəsinə yerləşdirilib + FOTO

img

29-10-2019 [23:56]


Bakının Nəsimi rayonunda hüquq müdafiəçisi Oktay Gülalıyevi maşın vurub.

Mia.az xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Məlumata görə, axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən "Hunday Ksent" markalı ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlı maşın onu vurub. Elə avtomobilin sürücüsü də onu xəstəxanaya çatdırıb.

Məlumata görə, Oqtay Gülalıyev 1 saylı Təcili Tibbi yardım mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib: "Xəstənin həyatına ciddi təhlükə olmasa da, o, bu xəstəxanadan çıxarılaraq, "City hospital”ın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəllə beyin travması və beyn əzilməsi diaqnozu qoyulub".

Onu da qeyd edək ki, xəstəxanaya ölkənin bir çox tanınmış müxalif simaları da gəlib. Onların arasında AXCP sədri Əli Kərimli də olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA