Bakıda silahlı insident; odlu silahdan atəş açaraq qətlə yetirdi

img

03-09-2013 [10:52]


Bakıda 31 yaşlı kişi odlu silahla qətlə yetirilib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E. Fərəcovu xilas etmək mümkün olmayıb.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA