03-09-2013 [10:32]
Dindirmə başa çatandan sonra Eldar Namazov "Media forum” saytına danışıb: "Avqustun 29-da ifadə vermişdim. İfadənin ardını almaq üçün məni yenə dəvət etdilər. Bizdən açıq-aydın, bilərəkdən yalandan xəbərçilik edilib. Bizi mövcud olmayan, heç vaxt baş verməmiş bir cinayətdə ittiham edirlər. Cinayət Məcəlləsi bilə-bilə yalandan xəbərçilik etməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Yalandan xəbər verənlərə üç ildən səkkiz ilədək iş düşür. Həmin adam dələduzluğa görə bir dəfə məhkum olunub. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun özü ekstremist çıxışlar edib. Bunu sübut edən video da yayılıb. Bütün bunları nəzərə alaraq əminliklə deyirəm ki, EL hərəkatının rəhbərlərini istintaqa çağırıb dindirməyə heç bir əsas yoxdur.
İttihamlardan biri EL hərəkatı və Milli Şuranın Soros Fondundan maliyyələşməsi haqdadır. Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olanların hamısı bilir ki, Soros Fondu uzun illərdir ölkəmizdəki nümayəndəliyini bağlayıb, fəaliyyət göstərmir. On il bundan əvvəl MDB məkanında dəbdə olan ittihamları indi bizə qarşı sürürlər. Guya Soros Fondu çevriliş hazırlayır. Azərbaycan hakimiyyəti indi də bu şüarlardan istifadə edir. Amma nəzərə almır ki, fond Azərbaycanda fəaliyyət göstərmir. Buna bənzər əsassız ittihamlardır.
Bu ittihamları irəli sürən adam daim öz fikirlərini dəyişir. Özünü gah Milli Şuranın üzvü, şuranın təsisçisi, gah EL hərəkatının sədr müavini kimi təqdim edir. Bütün bunlar aşıq-aydın formada onu göstərir ki, olaylar siyasi sifarişdən başqa bir şey deyil. Bununla bizim diqqətimizi seçki prosesindən kənara yönəltmək, vaxtımızı almaq, EL hərəkatının əl-qolunu bağlayıb proseslərdən kənarlaşdırmaq istəyirlər. Bu, son beş ayda EL hərəkatına qarşı üçüncü təzyiq dalğasıdır. Amma bu da reallıqdan uzaq istəkdir. İstənilən halda fəaliyyətimizi davam etdirmək əzmindəyik. Əvvəlki iki təzyiq dalğası EL hərəkatının fəaliyyətinə mənfi təsir göstərmədi. İndi üçüncü dalğa başlayıb. Bu cəhdin nəticəsi də əvvəlkilər kimi olacaq və biz yolumuzdan dönməyəcəyik.
Müstəntiq dedi ki, bu, cinayət işi deyil, araşdırma aparılır. Ancaq hakimiyyət təzyiqləri davam etdirməyi qarşısına məqsəd qoysa, cinayət işi də aça bilərlər. Baxmayaraq ki, bunun üçün heç bir əsas yoxdur.
Müstəntiqin davranışından şikayətçi deyiləm. Ümumiyyətlə belə işlərlə bağlı qərarları müstəntiqlər vermir. Hamıya məlumdur ki, hüquq mühafizə orqanları siyasi qərarların həyata keçirilməsi ilə məşğul olurlar. Siyasi sifariş necə olacaqsa, ona uyğun hərəkət edəcəklər”.
EL hərəkatının keçmiş üzvü Əflan İbrahimov Milli Şuranın qapalı keçirilən iclaslarında Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparıldığını iddia edir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bununla bağlı araşdırmalara başlanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi