Vəkil olmaq istəyən 245 namizəd yazılı imtahan verəcək

img

28-10-2019 [15:05]


Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı oktyabrın 31-də ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.

Kollegiyadan Mia.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə-elektronlaşdırılmış qaydada aparılacaq.

İmtahanda 245 namizəd iştirak edəcək.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə oktyabrın 31-i saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində olmalıdırlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA