AMİP Mərkəzi Şurasının sədri polis axtarışına verilib?

img

02-09-2013 [19:26]


Azərbaycan Milli İstiqlal Partiyasının rəhbər strukturunda təmsil olunan, son vaxtlar isə partiyanın Mərkəzi Şurasının sədri seçilən Rəşad Bayramovun uzun muddətdir ki, siyasi arenada gorünməməsinin səbəbinə aydınlı gətirib.

Rəşad Bayramovun başının dərddə olduğu bildirilir. Mənbəmizin sözlərinə görə, hətta vəziyyət elə kritik hala catıb ki, Rəşad Bayramovu partiyanın Mərkəzi Şurasının sədirliyindən , eləcədə AMİP-in sıravi uzvlüyundən də azad ediblər. Partiya rəhbərliyi məlumatın mediaya sızmasının qarşısını almaq üçün, funksionerlərə bu barədə bir kəlmə də olsun danışmamağı tapşırıb.

 Rəşad Bayramovun müxtəlif şəxslərin etibarından sui istifadə edərək onlaradan külli miqdarda pul alıb qaytarmadığı bildirilir. Funksionerin polis tərəfindən də axtarıldığı deyilir. Onun hazırda Naxçıvandakı ata evində gizləndiyi söylənilir. Mənbəmiz deyir ki, Rəşadın aldatdığı vətəndaşlar onu axtarıb tapmaq üçün tez-tez partyanın qərərgahına da üz tutur(Avropa.info)  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA