Tramp İŞİD liderinin öldürüldüyünü təsdiqlədi: "Bağdadi özünü və 3 uşağını partlatdı, canlı izlədim, film kimi idi"

img

27-10-2019 [17:46]


İŞİD terror təşkilatının lideri Əbubəkr əl Bağdadi oktyabrın 26-da ABŞ xüsusi təyinatlılarının 8 helikopterin iştirakı ilə keçirdiyi gizli bir əməliyyatla öldürülüb.

Mia.az xəbər verir ki, bu  faktı bu dəqiqələrdə canlı yayımda olan ABŞ prezidenti Donald Tramp təsdiq edib.

O bildirib ki, əməliyyat çox məxfi aparılıb: "Hətta öz hərbi dairələrimizin çoxu bu haqda məlumatsız idi. İndormasiya sızmamasına görə, əməliyyatı çox gizli həyata keçirdik. Yalınız bölgədəki məhdud dairələr məlumatlandırılıb. Türkiyə də məlumatlı idi, onlar yardım etdilər, çox gözəl idilər".

Tramp bildirib ki, ABŞ xüsusi təyinatlıları İdlibdə əvvəlcə əl-Bağdadinin gizləndiyi yeri aşkar ediblər: "Bağdadi tuneldə üzərində bağladığı bompa ilə özünü və 3 uşağını partlatdı. Bu əməliyyatlı canlı izlədim, film seyr edirmiş kimi idim. Hərbçilərimiz çox möhtəşəm idilər. Onların əməliyyata sağ girib, salamat çıxması önəmli idi. Biz bunu bacardıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA