26-10-2019 [19:57]
Dövlət başçıları birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyevin və Prezident Arif Alvinin görüşü olub.
Prezident Arif Alvi dedi:
-Maşallah, üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəksiniz.
Prezident İlham Əliyev dedi:
- Bəli, dünən Sizin dəstəyinizlə biz fəaliyyətə başladıq. Bizim Qoşulmama Hərəkatına sədr kimi namizədliyimizi dəstəklədiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qarşıdakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq. Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqilik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq.
Prezident Arif Alvi: Birləşmiş Millətlər Təşkilatı kimi...
Prezident İlham Əliyev: Bəli, Birləşmiş Millətlər Təşkilatı kimi. Bizim timsalımızda söhbət erməni qoşunlarının qeyd-şərtsiz olaraq və dərhal ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamədən gedir. Lakin onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur.
Prezident Arif Alvi: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.
Prezident İlham Əliyev: Biz əlbəttə ki, bunu edəcəyik. Biz ikili standartlara qarşı mübarizə aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə, qardaş Pakistan xalqına Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
Prezident Arif Alvi: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bizim xalqımız bunu bilir. Xalqımız bilir ki, siz əsl qardaşlarsınız və qardaşlığın bu misilsiz jesti tərəfimizdən həqiqətən yüksək qiymətləndirilir. Biz hazırda bir çox sahələri əhatə edən yaxın qardaşlıq münasibətlərini qurmuşuq. Mən Sizin gözəl ölkənizə bir neçə dəfə səfər etmişəm.
Prezident Arif Alvi: Bəli.
Prezident İlham Əliyev: Çox şadam ki, Siz bizə səfər edirsiniz, lakin biz Sizin rəsmi səfərinizi gözləyəcəyik.
Prezident Arif Alvi: Bəli, elədir. Yaxşı fürsət tapan kimi gələcəyəm. Zati-aliləri, biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumlarını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim. Qvadar dəniz limanıdır.
Prezident İlham Əliyev: Bəli, bilirəm.
Prezident Arif Alvi: Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artırmaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi