26-10-2019 [23:29]
Prezident İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlonu qəbul edib.
Mia.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Xanım Rozmari DiKarlonu salamlayan Prezident İlham ƏLIYEV deyib:
-Zirvə Görüşündə iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Çıxışınız üçün sağ olun. BMT-nin burada yüksək səviyyədə təmsil edilməsi çox vacibdir. Sədrliyi qəbul etdik və üç il ərzində Qoşulmama Hərəkatının əsas prinsiplərinə sadiq qalmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Əlbəttə, bu, bizim üçün böyük məsuliyyət, eyni zamanda, şərəfdir. Çünki biz nisbətən yeni üzv ölkəyik, yalnız 8 ildir üzv olmuşuq və hazırda bütün üzvlərin dəstəyini görürük. Bildiyiniz kimi, sədrliyə olan namizədliyimiz yekdilliklə qəbul edilmişdi. Bu, beynəlxalq ictimaiyyətin üçdəikisinin dəstəyini nümayiş etdirməsi idi. Əlbəttə ki, bizim siyasətimiz, atdığımız addımlar, beynəlxalq hüququn, ədalətin qorunmasına, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsinə sadiq qalmaq üzrə baxışımız bu qərarın qəbul edilməsində mühüm rol oynadı.
Bildiyiniz kimi, bəzi üzv ölkələr arasında müəyyən problemlər var. Bəzilərinin uzun tarixçəsi var, bəzi problemlər yeni ortaya çıxıb. Lakin buna baxmayaraq, Azərbaycana göstərilən münasibət baxımından, hətta Azərbaycanla ikitərəfli əlaqələri yaxşı olmayan bəzi ölkələr belə bizi dəstəkləyir. Hesab edirəm ki, açıq, səmimi siyasət yürütməklə, harada ki, sözlərimiz və imzalarımız üst-üstə düşür, biz belə bir yekdil dəstəyi ala bilmişik. Əlbəttə, qarşıdan gələn illərdə qlobal gündəlikdə olan məsələlərin həlli üzrə sizinlə birgə işləyəcəyik. Zirvə Görüşündə iştirak etdiyiniz üçün bir daha təşəkkür edirəm.
Xanım Rozmari DİKARLO dedi:
-Çox sağ olun. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bizə gözəl ölkənizi ziyarət etmək imkanı yaratdığınız üçün Sizə minnətdaram. İyirmi doqquz il əvvəl Azərbaycana gəlmişdim. Onu deyim ki, ölkəniz əhəmiyyətli şəkildə dəyişib. Nəinki təkcə sədrliyi qəbul etdiyinizə görə, eyni zamanda, bir çox beynəlxalq tədbirləri burada, Bakıda təşkil etdiyinizə görə də Sizə təşəkkür edirəm və Sizi təbrik edirəm. Sizin bu yaxınlarda irəli sürdüyünüz bir çox təşəbbüslərdən bizim məlumatımız var və bunlar bizim üçün çox vacibdir. Çox vacibdir, çünki siz çoxtərəfliliyin çox güclü bir tərəfdarısınız. Beynəlxalq ictimaiyyətlə, BMT ilə bu istiqamətdəki bir sıra təşəbbüslər üzərində işləyirsiniz.
Prezident İlham ƏLİYEV dedi:
-Sözləriniz üçün sağ olun. Biz Baş katib Quterreşin multikulturalizm təşəbbüsümüzə göstərdiyi dəstəyi üçün minnətdarıq. "Bakı Prosesi” mədəniyyətlərarası dialoq məsələləri üçün bir qlobal platformaya çevrildi. Biz BMT-nin bu təşəbbüsə dəstəyini yüksək qiymətləndiririk. Bu prosesə başlayanda onun uğurlu olacağı ilə bağlı böyük ümidlərin olmadığını xatırlayıram. Bu, 2008-ci ilin sonuna təsadüf edirdi. Dedim ki, niyə də cəhd etməyək? Çünki Azərbaycan həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox az ölkələrdən biridir. Bu imkanımızdan niyə də istifadə etməyək? Nəzərə alsaq ki, yalnız müstəqillik illərində yox, bütün siyasi və ictimai təzahürlərin tərkibində, hətta başqa ölkələrin tərkibində olduğumuz zaman da multikulturalizm ruhu həmişə bizdə mövcud idi. Bakı müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh içində yaşadığı şəhər, Azərbaycan isə ölkə olub və bu, işə yaradı. İndi BMT-nin güclü dəstəyini görürük. Şəffaflıqla bağlı səylərimizin yüksək qiymətləndirilməsi üçün də sizə minnətdaram. Bir neçə il əvvəl Neft Fondu adlanan suveren fondumuz BMT-dən mükafat aldı. Hazırda başqa ölkələrdə də fəaliyyətini genişləndirən dövlət xidmətləri sistemi olan "ASAN”ın da fəaliyyəti BMT tərəfindən xüsusi olaraq qiymətləndirilmişdir. Biz buna böyük dəyər veririk. Həyata keçirdiyimiz bütün işlər də ölkənin gücləndirilməsi, insanlar üçün daha yaxşı şəraitin yaradılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənib. Bunlara nəqliyyat və energetika layihələri də daxildir. Onlar bizi birləşdirdi, ölkələr arasında qarşılıqlı bağlılıq yaratdı. Bu, gücdür, sabitlikdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi