Kəmaləddin Heydərov sabiq baş prokuror Əli Ömərovun oğluna vəzifə verdi

img

02-09-2013 [17:17]


Sabiq baş prokuror Əli Ömərovun oğlu Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub. Bu haqda dolaşan xəbərlərdə deyilir ki, Ə.Ömərovla görüşən FHN rəhbərliyi onu ictimai-siyasi fəaliyyətinə korrektələr etməyi tövsiyə edib. Görüş zamanı həmçinin sabiq baş prokurora övladlarının işlə təmin ediləcəyi vəd olunub. Artıq Ə.Ömərovun oğlanlarından birinin FHN-in tabeliyində olan qurumlardan birində çalışdığı deyilir.

Ə.Ömərovla görüşən "Yeni Müsavat”ın əməkdaşının ona ilk sualı da oğlunun işlə təminatı ilə bağlı olub. Amma Ə.Ömərov suala sualla, həm də əsəbi cavab verib: "Mənim oğlumun işi, dərdi qalıb sizə? Neynirsən mənim oğlumun işi düzəlib-düzəlməyib?”.

Müxbir ona bəzi məqamları xatırladıb: "Əli müəllim, açıqlamalarınızda, müsahibələrinizdə dəfələrlə vurğulamısız ki, vəzifədən çıxarılandan sonra Sizə və övladlarınıza iş verilmir. Övladlarınızın hüquqşünas olduqlarını da dəfələrlə dilə gətirmisiz. Bu məsələni gündəmə gətirən də Siz olmusuz”.

Sabiq baş prokuror bu dəfə də konkret cavabdan yayınıb: "Müsahibə vermişəm, vermişəm dəəə... Neynirsən mənim oğlumun işi düzəlib-düzəlməyib?”.

Sonra isə əsəbiləşib: "Əl çək də, müsahibə vermirəm. Tutaq ki, təmin olunub. Nə dəyişir? Biz ömrü boyu işsiz qalmalıyıq?”.

Yalnız xeyli isrardan sonra müxbir Ə.Ömərovdan axır ki, istədiyi cavabı ala bilib: "Mənim oğlum gömrükdə işləmir, yanğında işləyir, mayordur”.

Bəs "digər oğlunuzun da işlə təmin olunması realdırmı” sualına isə sabiq baş prokurorun cavabı belə olub: "Digər oğlum işsizdir, mən də işsizəm... ”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA