Pakistan prezidenti Bakıda: "Bəzi ölkələr BMT qətnamələrini yerinə yetirməkdən boyun qaçırır"

img

25-10-2019 [15:36]


"Bu gün dünyada çoxlu münaqişə və hərbi müdaxilələr baş verir. Bütün bunlar dünyanın təhlükəsizliyini təhdid edir”.

Bunu Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Pakistan prezidenti Arif Alvi deyib.

O, artıq güc vasitəsi ilə təzyiqlərin dövlətlərarası münasibətlərdə geniş tətbiq olduğunu dilə gətirib.

"İqlim dəyişiklikləri, bərabərsizlik, yoxsulluq, ksenofobiyanın, o cümlədən islam düşmənçiliyinin artması göz qabağındadır. Pakistan xarici müdaxilələr, terrorçuluq kimi təhlükələrə qarşı Qoşulmama Hərəkatının mübarizə tədbirlərini dəstəkləyir”, - deyən Pakistanın dövlət başçısı Kəşmir problemindən də danışıb: "Kəşmir sakinləri 70 ildən artıqdır xarici işğala məruz qalır, onların BMT tərəfindən təsbit olunan təyini-müqəddərat hüququ pozulub. Bu münaqişə BMT qətnamələrinə əsasən, dinc yolla həll olunmalıdır. Pakistan terrorçuluğu qətiyyətlə pisləyir. Bu bəlanın qarşısını almaq üçün beynəlxalq səviyyədə səylər göstərilməlidir. Bu məsələnin siyasiləşdirilməsinə də yol vermək olmaz. Təəssüf ki, bu gün bəzi ölkələr BMT-nin qətnamələrini yerinə yetirməkdən boyun qaçırır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA